Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Hadisə

  • Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, rayonun Nəcəfqulubəyli kəndi ərazisində Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

    Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər