Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
  • Hadisə

  • Bakıda qətl törədilib.

    Leqal.az  Qafqazinfo-a istinadən xəbər verir ki, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.

    Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.

    Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.

    Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.

    Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər