Dünən metronun “28 May” stansiyasında qatarın altına yıxılaraq ölən şəxsin kimliyi məlum olub.
Leqal.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırmalarla ölən şəxsin 1969-cu il təvəllüdlü Rövşən Qüdrət oğlu Abışov olduğu müəyyənləşib.
Belə ki, Şirvan şəhər sakini olan R.Abışov Bakıda işləyirmiş.
Ölümün intihar və ya bədbəxt hadisə olması hələlik bəlli deyil.
Belə ki, görüntülərin araşdırılması zamanı Rövşən Abışovun sərnişinlər arasında olduğu və qatar yaxınlaşarkən relslərin üzərinə qəfil yıxıldığı bəlli olub.
Qeyd edək ki, R.Abışovun stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarlar 17 dəqiqə yubanıb.
Xatırladaq ki, dünən Bakı metrosunda iki oxşar hadisə baş verib.