Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
  • Hadisə

  • Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.

    Keçirilən digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluq edən paytaxt sakini Səbuhi Zülfüqarov da saxlanılıb.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər