Polkovnik-leytenant həbs edildi

Polkovnik-leytenant həbs edildi
  • Hadisə / Maraqlı

  • Azərbaycanda N saylı hərbi-hissənin ehtiyatda olan polkovnik-leytenantı həbs edilib.

    Leqal.az xəbər verir ki, bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

    Məlumatda deyilir ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, Məmmədli Rüstəm Ağali oğluna Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib.

    Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər