Tbilisi məhkəməsi Əfqan Sadıqov haqda həbs qərarı verdi

Tbilisi məhkəməsi Əfqan Sadıqov haqda həbs qərarı verdi
  • Hadisə / Maraqlı

  • Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə jurnalistin həyat yoldaşı Sevin Sadıqova məlumat yayıb.

    Ə.Sadıqovun vəkili onun saxlanılması ilə bağlı məlumat yayıb. Məlum olub ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi bağlanılıb.

    O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.

    Bir qədər əvvəl Tbilisi məhkəməsi tərəfindən Ə.Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, “Azel Tv”-nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinı məhkum edilmişdi. O, iki il əvvəl əfv edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər