Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib
  • Hadisə / Maraqlı

  • Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

    Bu barədə Leqal.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlunun vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

    “Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, - məlumatda qeyd edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər