XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı AÇIQLAMA

XİN-dən Kamil Zeynallının saxlanılması ilə bağlı AÇIQLAMA
  • Hadisə / Maraqlı

  • "Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır".

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı suala cavabında deyib.


    O qeyd edib ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək.

    Murad İbrahimli

    ***

    09:32

    Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılma görüntüləri yayılıb.

    Leqal.az xəbər verir ki, videoda K.Zeynallının üzərindəki əşyaların müsadirə olunması əks olunub. 

    ***

    01:22

    İdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb. 

    Bu barədə o, sosial şəbəkədə məlumat verib. 

    Kamil Zeynallı Ermənistan tərəfindən hələ ötən ilin mayından beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. 

    Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. 

    Kamil Zeynallı sabah hakim qarşısına çıxarılacaq. 

    PAYLAŞ:

    Oxşar xəbərlər