49 yaşında dəm qazının qurbanı oldu

49 yaşında dəm qazının qurbanı oldu
  • Hadisə

  • Bakıda 49 yaşlı qadın dəm qazından boğulub.

    Leqal.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal ev 5, mənzil 87 ünvanında qeydə alınıb.

    Belə ki, 1975-ci il təvəllüdlü Zülfiyyə Namazova hamamda dəm qazından boğularaq ölüb. Mərhumun nəşi doğulub böyüdüyü Zərdab rayonuna aparılaraq dəfn edilib.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər