Sumqayıtda ağır qəza: polis əməkdaşı öldü

Sumqayıtda ağır qəza: polis əməkdaşı öldü
  • Hadisə

  • Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Leqal.az-a bildirilib ki, KİA və BMV markalı avtomobillər toqquşub.

    Nəticədə BMV markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər