Bakıda yeniyetmələr arasında bıçaqlı dava olub, saxlanılan var

Bakıda yeniyetmələr arasında bıçaqlı dava olub, saxlanılan var
  • Hadisə / Maraqlı

  • Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Leqal.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

    Araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B iş üzrə prokurorluğun qərarı əsasında tutulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər