Bakıda qadın qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda qadın qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
  • Hadisə / Maraqlı

  • Xəbər verildiyi kimi avqustun 5-i saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

    Bu barədə Leqal.az-a Nərimanov rayon prokurorluğundan məlumat verilib.

    Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb

    İbtidai istintaq davam etdirilir.

    ***

    20.10

    Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

    Bu barədə Leqal.az-a Nərimanov rayon prokurorluğundan məlumat verilib.

    Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər