Zaqatalada qadının küçədə qətlə yetirilməsinin bəzi TƏFƏRRÜATI məlum oldu

Zaqatalada qadının küçədə qətlə yetirilməsinin bəzi TƏFƏRRÜATI məlum oldu
  • Hadisə / Maraqlı

  • Zaqatalada qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

    Leqal.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanı keçmiş əri 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərovun qətlə yetirdiyi ehtimal olunur.

    Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. A.Həşimovanın rayondakı kafelərdən birində işləməsi keçmiş ərini narahat edib. Ə.Səfərov bununla bağlı ona dəfələrlə xəbərdarlıq edib. Keçmiş həyat yoldaşının işinə davamı isə A.Həşimovanın ölümü ilə nəticələnib.

    09:44

    Noyabrın 24-də saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    09:28

    Zaqatalada qadın qətlə yetirilib.

    APA-nın məlumatına görə, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

    Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

    Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

    Aytac Qasımova
    PAYLAŞ:

    Oxşar xəbərlər