Oktyabrın 5-də gecə saat 23 radələrində Ucar şəhər sakini, 1973-cü il təvəllüdlü Ə.Məmmədovun yaşadığı evin qarşısında vəfat etməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan cavab olaraq bildirib ki, məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
İlkin xarici müayinə zamanı mərhumun üzərində heç bir xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.