Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
Bu barədə Leqal.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, o, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.