Odlu silahla ehtiyatsız davranan Qəbələ rayon sakini xəsarət alıb.
Rayon polis şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində ayağından xəsarət alması və iki barmağının amputasiya olunması ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyənləşdirilib və ondan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.