20 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı

20 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı
  • Hadisə

  • Qaxda 20 yaşlı gənc bıçaqlanıb.

    Leqal.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində baş verib.

    Belə ki, Qax şəhər sakini, 2002-ci il təvəllüdlü Təbriz İsmayılzadə kəsilmiş, deşilmiş bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

    Hazırda Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər