FHN: Sumqayıtda yanğın məhdudlaşdırılıb

FHN: Sumqayıtda yanğın məhdudlaşdırılıb
  • Hadisə

  • Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

    Bu barədə Leqal.Az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

    Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
    Əlavə məlumat veriləcək.

    ***
    Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın davam edir.

    Baku TV hadisə yerindən canlı yayımdadır:

    ***
    Sumqayıt şəhərində yerləşən "Azərsun sənayə parkı"na məxsus zavod yanır.

    Ölən və xəsarət alanlar barəsində məlumat yoxdur.

    18:25

    "Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    17:59

    Sumqayıtda yerləşən zavodların birində yanğın başlayıb.

    Bu barədə Bakupost məlumat yayıb.

    Bildirilib ki, Bakı-Quba yolunun kənarında yerləşən iri zavodlardan birində başlayan yanğın hələ də davam edir.

    www.leqal.az








    PAYLAŞ:

    Oxşar xəbərlər