Bakıda qəzada 2-si azyaşlı olmaqla 6 nəfər yaralandı

Bakıda qəzada 2-si azyaşlı olmaqla 6 nəfər yaralandı
  • Hadisə

  • Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Leqal.az”ın məlumatına görə, ötən gecə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində “Mercedes” markalı iki minik avtomobili toqquşub.

    Belə ki, 10 ND 561 və 90 GG 589 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 5-i qadın, 1-i isə kişidir. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər arasında iki azyaşlı qız var. Hazırda onların kimlikləri müəyyənləşdirilir. 

    Faktla bağlı araşdırma aparılır./qafqazinfo/
    PAYLAŞ:

    Oxşar xəbərlər