Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il Müzəffərov Sənan Abdul oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
S.Müzəffərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
17:17
Siyəzəndə bir nəfər su kanala düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə nazirliyə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumatın veriləcəyi qeyd olunub.