Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.
“Leqal.az"ın məlumatına görə, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.
Hələlik onun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.
Faktla bağlı araşdırma aparılır./report