Türkiyənin İstanbul şəhərində Özal Toraman azərbaycanlı həyat yoldaşı Cəmilə Toramanı güllələyib.
Gəmiqayırma zavodunda işləyən 38 yaşlı Özal Toraman özəl xəstəxanada tibb işçisi olan Cəmilə Toramanla mübahisə edib. Özal Toraman əvvəlcə əkiz qızlarını evin bir otağına kilidləyib, daha sonra arvadını tapança ilə vurub.
Cəmilə Toraman yaralanıb. Bundan sonra Özal Toraman da eyni silahla intihara cəhd edib.
Qonşuların xəbərdarlığı ilə hadisə yerinə tibb işçiləri və polis qrupları cəlb edilib. Yaralı cütlük təcili yardımla ətrafdakı xəstəxanaya aparılıb.
oxu.az