Vətəndaş polisi belə aldatdı

Vətəndaş polisi belə aldatdı
  • Hadisə

  • Lənkəran sakini 11000 manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Leqal"a verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib.

    Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

    Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər