İran hakimiyyəti boksçu Məhəmməd Cavad Vəfai-Sanini 2019-cu ildə etiraz aksiyalarında iştirak etdiyinə görə edam cəzasına məhkum edib. Bu barədə onun vəkili Babək Pakniya “Tvitter” hesabında məlumat verib.
Ölüm hökmü digər ölkə çempionu, 27 yaşlı Navid Afkarinin edamından bir ildən bir qədər sonra çıxarılıb. Edam edilməzdən əvvəl o, işgəncə altında hakimiyyətə qarşı etiraz aksiyalarında iştirakını və təhlükəsizlik işçisinin qətlini etiraf etməyə məcbur edildiyindən şikayət edib.
Vəfai-Sani dəfələrlə yeniyetmələr arasında boks üzrə İran çempionu və Məşhəd şəhərinin çempionu olub. /virtualaz.org
LEQAL.AZ