Bakıda qadını şantaj edərək 10 min manat tələb edən şəxs saxlanılıb.
LEQAL.AZ xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin videogörüntülərini yayacağı ilə hədələyib ondan 10 min manat pul tələb etdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olduğu müəyyən edilib və görülən tədbirlərlə o saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.