Azərbaycanda itkin düşən azyaşlı qızla bağlı YENİ XƏBƏR

Azərbaycanda itkin düşən azyaşlı qızla bağlı YENİ XƏBƏR
  • Hadisə

  • Saatlıda itkin düşən azyaşlı qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 9 yaşlı qızının itməsi barədə məlumat verib.

    Məlumatla əlaqədar dərhal polis əməkdaşları rayon ərazisində axtarışlara başlayıb.

    Təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər