Kanalizasiyaya atılan pişik qonşu mənzilin unitazından çıxdı

Kanalizasiyaya atılan pişik qonşu mənzilin unitazından çıxdı
  • Hadisə

  • Rusiyada qəribə bir hadisə baş verib. Belə ki, kanalizasiyaya atılan pişik qonşunun mənzilinin unitazından çıxıb.

    Məlumata görə, yuxudan durandan sonra yuyunmaq üçün vanna otağına gedən ev sahibəsi Marqarita unitazın içində yumulmuş vəziyyətdə pişik balası tapıb.

    Xoşbəxtlikdən heyvanın sağ olduğu üzə çıxıb. O, yuyulub və yedizdirilib. Pişik balasının hazırda vəziyyətinin yaxşı olduğu vurğulanır.

    Qadın ikinci mərtəbədə yaşayır, evdə doqquz nəfər var. Binanın idarəetmə şirkəti çardaqdan kanalizasiya borusuna düşməyin mümkün olmadığını bildirib. Son variant olaraq qonşulardan birinin heyvanı unitaza ataraq, boğmağa çalışdığı düşünülüb.

    Mənbə: Komsomolskaya Pravda

    (Oxu.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər