Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi

Bakıda müəllim oğlan şagirdi “qız” kimi təqdim etdi
  • Hadisə

  • Bakıda 116 nömrəli məktəbdə müəllim uşağı təhqir edib.

    Bu barədə iddia ilə jurnalist Röya Rəfili öz “Facebook” səhifəsində çıxış edib.

    O bildirib ki, oğlunun sinif rəhbəri şagirdlərə onu qız kimi təqdim edib:

    “Uşaqlar dünən məktəbə gediblər. Dəhlizdə həmin sinif rəhbəri oğlumu qardaşının yanından götürüb sinfə aparıb və sinfin qarşısında beləcə təqdim edib: “Tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib”... Oğlum deyib ki, mən qız deyiləm, oğlanam. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiniz?

    Müəllimə də gülüb və uşağı qucaqlayıb... On beş dəqiqə sonra isə oğluma yaxınlaşaraq deyib ki, o gün anana da demişəm, saçını kəsdirməlisən, tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan? Uşaq dünən evə gələndən sonra uzun müddət ağlayıb”.

    O qeyd edib ki, müəllim uşağının cinsini səhv sala bilməz:

    “Oğlumun geyimi oğlan üçün olanlardır, yubka yox, şalvar (idman forması tipli) geyinib, kurtkası qız üçün deyil, adı Amindir. Müəllimə nədənsə şübhələnirdisə, adını soruşa bilərdi sinfə çatana qədər, xaricdən gələn oğlan sənsənmi deyə bilərdi azından... Uşağı incitmədən cinsini soruşmağı 30 ilin pedaqoqu bilmirsə, o, nə iş görür məktəbdə? Niyə uşaqla davranış qaydalarını bilməyən insanlar doluşub məktəbə?/oxu.az

    Dünəni birtəhər ötürüb bu gün məktəbə getmişəm. Müəllimə ilə görüşmüşəm, hirsimdən ağlamışam, sizdən şikayət edəcəyəm, uşağımı incitmisiniz demişəm, görmüşəm ki, başa düşmür.

    Həqiqətən müəllimə uşağa bir sinif şagirdin qarşısında nə dediyinin fərqində deyil?! Sən 11 yaşlı oğlanı qız deyə sinif dolusu yaşıdlarına təqdim elə, sonra da de ki, bilmədim, sinfə yeni qızlar da gələcəkdilər, elə bildim bu da qızdır. Bəlkə sənin sinfinə gələn uşağın oriyentasiyası fərqlidir, intihar həddinə çatdıracaqsınız o zaman? 

    Oğlum bu gün məktəbə getmək istəmirdi, birtəhər başa salıb aparmışam. Bu gedişlə necə olacağını bilmirəm. Çox qorxularım var... Məsələ ilə bağlı vəkilimlə danışmışam və rəsmi şikayət etməyi düşünürəm”./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər