Prokurorluq: “Yevlaxda qadının yanaraq ölməsi faktı araşdırılır”

Prokurorluq: “Yevlaxda qadının yanaraq ölməsi faktı araşdırılır”
  • Hadisə

  • Göygöl Rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilən Hüseynov Elnur Rasim oğlunun 2021-ci il aprelin 14-ü  Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    “İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər