Zərdabda şadlıq sarayının sahibi cərimələndi

Zərdabda şadlıq sarayının sahibi cərimələndi
  • Hadisə

  • Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Leqal"a verilən məlumata görə, yoxlamalar zamanı “Eldayaq” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayı normadan artıq olduğu aşkarlanıb. Şadlıq sarayının sahibi Novruz Mustafayev inzibati məsuliyyətə cəlb edilib və 4000 manat məbləğində protokol tərtib olunub.

    Qayda pozuntularının baş verdiyi digər 2 toy məclisi isə rayonun Şahhüseynli və Məmmədqasımlı kəndlərində yerləşən fərdi yaşayış evlərində aşkar olunub. Ev sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər