Polis əməkdaşları Bakıda karantin qaydalarına əməl etməyən çay evlərində reydlər keçiriblər VİDEO

Polis əməkdaşları Bakıda karantin qaydalarına əməl etməyən çay evlərində reydlər keçiriblər VİDEO
  • Cəmiyyət

  • Paytaxtın müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan olunan qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkarlanması istiqamətində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, növbəti belə tədbir zamanı paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən dörd nəfərin qəlyandan istifadə etdiyi müəyyənləşdirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimə olunub. Obyekti işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4 min manat məbləğində cərimələnib.

    Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən “Legenda” çay evində də karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin normalarını pozan on nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4 min manat miqdarında cərimə edilib.

    Oxşar tədbirlər Xətai rayonunda yerləşən “Samovar” və “Kristal” çay evlərində də həyata keçirilib. Həmin məkanlara baxış zamanı müştərilərə qəlyan tütün məhsulu təklif edildiyi müəyyənləşdirilib. Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.

    İstifadəsinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarına və tələblərə əməl olunmasına nəzarət məqsədilə polis əməkdaşları mütəmadi olaraq profilaktik tədbirləri davam etdirəcəklər.


    PAYLAŞ:

    Oxşar xəbərlər