Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb
  • Hadisə

  • Koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayon sakini Əli Mustafayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, o, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

    COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Nərimankənd kənd sakini Mirhüseyn Hüseynov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

    Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər