Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var
  • Hadisə

  • Oğuz rayonunda yol qəzası baş verib.

    Leqal.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

    Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus toqquşub. Qəza zamanı iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər