Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayon ərazisindən keçən hissəsində "Ford" markalı mikroavtobusla "VAZ-2107" markalı avtomobil toqquşub.
Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha 2 nəfər xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.