Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Leqal.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:14-də Qala stansiyasından 133 km şərqdə, 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.