Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə LEQAL.AZ-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar bu gün yerli vaxtla saat 03:18-də qeydə alınıb.
Yeraltı təkanlar 3 maqnitudada olub. Zəlzələ ocağı 45 kilometr dərinlikdə yerləşib.