Dekabrın 17-də Masallı rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən LEQAL.AZ-ya bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.