Sumqayıtda idmançını qətlə yetirən ata və oğula

Sumqayıtda idmançını qətlə yetirən ata və oğula
  • Hadisə

  • Sumqayıt sakininin qətlində təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    LEQAL.AZ-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava düşüb.

    Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

    Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Hadisənin söyüş üstündə olduğu bildirilir.

    Onu da qeyd edək ki, qətlə yetirilən Rasif Həbibov idmançı olub./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər