Azərbaycanda yüksək vəzifəli şəxs iş otağında

Azərbaycanda yüksək vəzifəli şəxs iş otağında
  • Hadisə

  • Goranboy rayon prokurorluğu Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədovun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. 

    Prokurorluqdan verilən xəbərə görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
     
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    14:44

    Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədovun qətlinin təfərrüatı məlum olub. 

    Oxu.Az xəbər verir ki, qətli Mirhadi Bağırov adlı şəxs törədib.

    O, Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib və iş mübahisəsi zəminində Ziyad Əhmədovu bir bıçaq zərbəsi ilə qətlə yetirib.

    Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    İlhamə Əbülfət

    14:29

    Goranboyda qətl hadisəsi baş verib.

    Hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

    Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

    Mənbə: apa
    PAYLAŞ:

    Oxşar xəbərlər