Ağstafada qətl hadisəsi baş verib

Ağstafada qətl hadisəsi baş verib
  • Hadisə

  • Ağstafa rayonunun Sadıqlı kəndində Taleh Süleymanov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

    LEQAL.AZ xəbər verir ki hadisə yanvarın 9-da saat 16:00 radələrində qeydə alınıb. Bakı şəhər sakini 29 yaşlı Ramil Mustafayev Ağstafanın Sadıqlı kənd sakini, həmyaşıdı Taleh Süleymanovu odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirib.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalarla mərhumun qaynı 29 yaşlı Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər