Bakıda ağaclar kəsilərək obyekt tikilir?

Bakıda ağaclar kəsilərək obyekt tikilir?
  • Hadisə

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonu ərazisində ağacların kəsildiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    LEQAL.AZ xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə baxış keçirilib və “fakt təsdiqini tapmayıb”.

    O qeyd edib ki, sözügedən ünvanda 2015-ci ildə tikinti işlərinə başlanılsa da, sənədlər qanuna müvafiq olmadığı üçün tikinti Bakı Şəhər İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılıb. Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər