Bakıda orta məktəb şagirdini maşın vurdu

Bakıda orta məktəb şagirdini maşın vurdu
  • Hadisə

  • Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər