Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan selin ziyan vurduğu bölgələrə səfəri çərçivəsində təbii fəlakət nəticəsində həyatını itirənlərin dəfn mərasimində iştirak edib.
LEQAL.AZ “Anadolu”ya istinadən xəbər verir ki, Kastamonunun Bartın rayonunda sel nəticəsində həyatını itirənlərin dəfn mərasimi olub.
Mərasimə qatılan Ərdoğan ölənlərin yaxınları ilə görüşüb. Türkiyə Prezidenti onlara başsağlığı verib, həyatını itirənlərə Allahdan rəhmət diləyib.