Türkiyədə sel nəticəsində ölənlərin sayı 27-yə çatıb.
LEQAL.AZ “TRT Haber”ə istinadən xəbər verir ki, təbii fəlakət, əsasən, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərinə ziyan vurub.
Ölüm hallarından 25-i Kastamonuda, 2-si isə Sinopda qeydə alınıb.
Bölgədə genişmiqyaslı dağıntı meydana gəlib.