Goran çayı daşdı, evlər su altında qaldı

Goran çayı daşdı, evlər su altında qaldı
  • Cəmiyyət

  • Goranboy rayonunda leysan yağışları bir sıra fəsadlar törədib.

    LEQAL.AZ  xəbər verir ki, sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub.

    Leysan yağışları əsasən, rayonun Goran qəsəbəsi ərazisində bir sıra fəsadlara səbəb olub.

    Belə ki, Kəlbəcər sakini Sərxan Orucovun yaşadığı evin ətrafı sel suları ilə dolduğundan orada yaşayanların hərəkəti mümkünsüzləşib.

    Gecədən yağan güclü yağış nəticəsində yaranan sel suları Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub. Sözügedən obyektin həyəti, otaqları su altında qalıb.

    Sahibkar İlham Musayevin obyektinə, həmçinin, Goran qəsəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexlərinə də su dolub.

    Eyni zamanda Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib.

    Təbiət hadisə zamanı yaranan çətinliyi aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin avtomobilləri əraziyə cəlb edilib. Həmçinin Goranboy Rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. İcra başçısı selin vurduğu ziyanın aradan qaldırılması üçün aidiyyəti qurumlara göstəriş verib./report
    PAYLAŞ:

    Oxşar xəbərlər