Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var

Cəlilabadda gəlin maşını qəzaya düşüb, xəsarət alan var
  • Hadisə

  • Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

    Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər