“Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında 8-10 yaşında kimsəsiz uşaq aşkar edilib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, onu metronun işçiləri tapıb və polisə təhvil verib.
İlkin araşdırma zamanı məlum olub ki, azyaşlını valideyni stansiyada unudub. Həmin vətəndaş tapılıb və uşaq ona təhvil verilib.