“Ərinə xəyanəti mənə pis təsir etdi, kanalda boğdum”

“Ərinə xəyanəti mənə pis təsir etdi, kanalda boğdum”
  • Hadisə

  • Ötən ilin avqust ayında Şabranda bacısını qətlə yetirən qardaşın məhkəməsi keçirilib.

    LEQAL.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən Elşən Abdulov ifadəsində bildirib ki, bacısı Leyla Musayıbovanı başqa bir kişiylə danışdığı üçün qətlə yetirib:

    “Hadisə günü Leyla Musayıbovanın həyat yoldaşı Zaur Musayıbovla münaqişə yaşadığını eşitdim. Münaqişənin bacımın ərinə xəyanət etməsi üstündə olduğunu biləndə əsəbiləşdim. Bacıma zəng edib ona düzgün hərəkət etmədiyini dedim. O isə mənə kobud şəkildə cavab verdi. Leylanın hərəkəti mənə çox pis təsir etdi. Buna görə də bacımı öldürmək qərarına gəldim.
    Mənə məxsus avtomobillə atamgilin evinə getdim. Evə girib Leylaya dedim ki, səni həyat yoldaşınla yaşadığın evə aparacağam. Leyla razılaşaraq maşına mindi. Məqsədim onu Samur-Abşeron su kanalına aparıb öldürmək idi.
    Yol getdiyimiz zaman Leyla ona zərər yetirəcəyimi anladı və yalvarmağa başladı, ancaq əsəbi olduğum üçün onun yalvarmasına əhəmiyyət vermədim.

    Kanala yaxınlaşdım və Leylanın qolundan tutaraq avtomobildən endirdim. Sonra isə onu kanala itələdim.

    Kanala düşməsindən əmin olandan sonra maşına minib evə döndüm. Polislərin evin yaxınlığında olduğunu gördüm. Daha sonra isə məni polis şöbəsinə apardılar”.
    Zərərçəkmişin hüquqi varisi Zaur Musayıbov ifadəsində bildirib ki, L. Musayıbova xalası qızı olub:
    “2007-ci ildə ailə həyatı qurumuşuq. Birlikdə yaşadığımız dövrdə dava-dalaş olmayıb.

    Lakin 2020-ci il avqustun 29-da evə gələn zaman Leylanın mobil telefonla kiminləsə danışdığını gördüm. Kimlə danışdığını soruşanda dedi ki, heç kəslə... Sonradan bildim ki, danışdığı şəxsin adı Ruslandır.

    Həmin məsələyə görə aramızda münaqişə oldu. İki gün sonra Leyla mənə atasıgilə getmək istədiyini bildirdi. Atası Oktay, anası Gülcamal və qardaşı Elçin onu Ağbaş kəndinə apardılar. Daha sonra isə həyat yoldaşımın qardaşı Elşən tərəfindən öldürüldüyünü bildim. Təqsirləndirilən şəxslə barışmışam. Heç bir şikayətim və tələbim yoxdur”.
    Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılıb və hökm oxunub. Hökmə əsasən, Elşən Abdulov 9 il müddətinə azadlıqdan məhrum edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər