Lerikdə “Relax” istirahət mərkəzinin çayçısının meyiti dağ çayında tapılıb

Lerikdə “Relax” istirahət mərkəzinin çayçısının meyiti dağ çayında tapılıb
  • Hadisə

  • İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.

    LEQAL.AZ  xəbər verir ki, Lerik rayon prokurorluğundan apa-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

    Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. 

    Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

    İctimaiyyətə ətraflı məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər