Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisi Rahib Mirzəyev iyulun 9-da səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.